Zülfüqarov Rəşad Əli oğlu

resadZülfüqarov Rəşad Əli oğlu 10 oktyabr 1981-ci ildə Culfa rayonunun Saltaq kəndində anadan olmuşdur. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2004-2005-ci illərdə Culfa rayonun Saltaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
2005-2007-ci illərdə həmin universitetin “Azərbaycan dili” ixtisası üzrə magistr şöbəsinin məzunu olmuşdur. 2006-ci ildə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2008-ci ildə Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun əyani (məqsədli) doktoranturasına daxil olmuşdur.
Filologiya üzrə fəlsəfə doktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.