Rəhimova Surə Əli qızı

sureRəhimova Surə Əli qızı 28 yanvar 1986-cı ildə Babək rayon Xətai kəndində anadan olmuşdur. 2004-2008-ci illərdə
Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq” fakültəsinin Kimya ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır. 2011-2013-cü illərdə həmin universitetin “Kimya” ixtisası üzrə magistratura pilləsində təhsil almışdır.
2010-2011-ci illərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər nazirliyinin hidrometeorologiya idarəsində kimyaçı vəzifəsində, 2012-ci ildə AMEA Naxçıvan Bölməsinin Bioresruslar İnstitutunun “Biokimyəvi Tədqiqatlar” laborotoriyasında böyük laborant vəzifəsində işə başlamışdır.
2014-cü ildən AMEA Naxçıvan Bölməsinin doktorantıdır. Bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün akademik T.H. Talıbovun rəhbərliyi ilə “Naxçıvan Muxtar Respublikası florasında yayılan Capparaceae Juss. fəsiləsinə daxil olan bitkilərin bioekoloji xüsusiyyətləri, ehtiyatı və fitokimyəvi tərkibi” mövzusunda tədqiqat işi aparır.
Haliyədə AMEA Naxçıvan Bölməsi Bioresruslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Subaydır.