Süleymanova Turac İbrahim qızı

turacSüleymanova Turac İbrahim qızı 1988-ci ildə Naxçıvan MR, Babək rayon Nəzərabad kəndində anadan olmuşdur. 2006-cı ildə orta məktəbi bitirərək Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin Kimya ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur. 2010-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bakalavr pilləsi üzrə təhsil müddətində Tələbə Elmi Cəmiyyətinin üzvü olmuş, həmin cəmiyyətin elmi konfranslarında qazandığı müvəffəqiyyətlərə görə I və II dərəcəli diplomlara layiq görülmüşdür.
2011-ci ildə Gəncə Dövlət Universitetinin Kimya istiqamətinin Yüksək Molekullu Birləşmələr kimyası ixtisasının magistratura şöbəsinə daxil olmuşdur. 2013-cü ildə həmin universitetin məzunu olmuşdur. Magistraturada təhsil aldığı müddətdə Tələbələrin Respublika Elmi Konfranslarında elmi məruzələrlə çıxış etmiş, fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sertifikat”larına layiq görülmüşdür.
2013-cü ildə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitunun “Mineral xammalın kimyası və texnologiyası” laborotoriyasında böyük laborant vəzifəsində işə başlamışdır.
2014-cü ildə AMEA Naxçıvan Bölməsinin doktorantura şöbəsinin qiyabi Qeyri-üzvi kimya ixtisasına daxil olmuşdur.
Hazırda AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laborotoriyası”nda kiçik elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür..