Əliyev Zamin Qasım oğlu

zaminƏliyev Zamin Qasım oğlu 01 yanvar 1988-ci ildə Şərur rayonunun Dərə kəndində anadan olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Universitetinin “Humanitar ixtisaslar” fakültəsinin Tarix və İctimaiyyət ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2012-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura şöbəsinin məzunu olmuşdur. 2013-cü ildən AMEA Naxçıvan bölməsinin Tarix Etnoqrafiya və Arxeologiya institunun “Vətən tarixi” şöbəsində böyük laborant vəzifəsində işləyir. Yeni Azərbaycan partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.