Azərbaycan Milli Elmlər Akademiyasının 65 illik yubileyi qeyd olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının 65 illik yubileyi münasibətilə AMEA-nın Naxçıvan Bölməsinin böyük akt zalında Naxçıvan Dövlət Universiteti ilə birgə “Azərbaycan elminin baş qərargahı: yaranması, inkişafı və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Bu münasibətilə keçirilən konfransı giriş sözüilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Milli Elmlər Akademiyasının 65 ildə keçdiyi şərəfli tarixi yola nəzər salmış, AMEA-nın yaranmasından inkişafından və əldə etdiyi uğurlardan  ətraflı danışıb.
Akademik ulu öndər Heydər Əliyevin bütün sahələrə, o cümlədən elmə göstərdiyi böyük diqqət və qayğıdan, ümummilli liderin “AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında” 7 avqust  2002-ci il  imzaldığı tarixi sərəncamın əhəmiyyətindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamdan söz açıb.
Tədbirdə qısaca olaraq 2003-cü ildən elm axtarışlarında olan Naxçıvan bölməsinin bu günkü naliyyətlərindən də bəhs edən natiq əsası ümummilli lider Heydər Əliyev tərəfindən elmə göstərilən böyük diqqət və qayğı ənənəsi bu gün Ölkə Prezidenti və muxtar respublika Ali Məclisi  Sədri tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Elmi konfransda  AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Müqəddəs elm ocağı”, t.e.d., prof. Hacı Fəxrəddin Səfərlinin “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması və tarix, arxeologiya və etnoqrafiya elminin inkişafı”, AMEA-nın müxbir üzvü, prof. Əbülfəz Quliyevin “Akademiya sistemində dilçilik və ədəbiyyatşünaslıq elmlərinin inkişafı”, AMEA-nın müxbir üzvü, prof. Taryel Talıbovun “Azərbaycan Milli Elmlər Akademiyasının inkişafinda biologiya elminin rolu”, Naxçıvan Dövlət Universitetinin prorektoru, dosent Anar Kazımovun “ AMEA-nın yaranması və inkişafinda fizika-riyaziyyat və texnika elmlərinin rolu” və kimya elmləri doktoru Əliəddin Abbasovun “AMEA və respublikada kimya elmlərinin inkişaf istiqaməti” mövzularında məruzələri dinlənilib.

 

Sonda konfransa yekun vuran akademik İ.Hacıyev bir daha 65 illik yubiley münasibətilə bütün el adamlarının təbrik etmiş, onlara elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.