Ovçulartəpəsi.

OvçulartəpəsiAMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.e.n. Səfər Aşurov və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marronun birgə hazırladıqları “Ovçulartəpəsi” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib.

Qeyd edək ki, muxtar respublikanın daha bir qədim yaşayış yeri ilə yaxından tanış olmağa böyük imkan yaradan monoqrafiya tariximizin gələcəkdə elmi şəkildə sistemli öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Ovçulartəpəsində aparılan tədqiqat işlərindən əldə olunan materiallar əsasıda hazırlanan 153 səhifəlik yeni kitabda bu bölgədə 2006-2009-cu illərdə aparılan araşdırmalar, Son Eneolit və Erkən Tunc dövrü mədəniyyətləri, o cümlədən fauna və flora qalıqları haqqında ətrafli məlumat verilib.

“Ovçulartəpəsi yaşayış yeri”, “Stratiqrafik ardıcıllıq”, “Arxitektura”, “Keramika”, “Daş məmulatı”, “Heyvan sümükləri”, “Botaniki qalıqlar” bölmələrindən ibarət olan monoqrafiyaya foto və tablolar da əlavə olunub.

Onu da qeyd edək ki, yeni kitab üç dildə-Azərbaycan, Rus, İngilis dillərində çap edilib.