AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib.

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Prof. Dr. Faruk Kadri Timurtaşın vəfatının 30-cu il dönümü münasibətilə keçirilən “Uluslararası yaşayan türkcə bilgi işığı” adlı beynəlxalq konfransda AMEA Naxçıvan Bölməsinin İnsəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı Lütviyyə Əsgərzadə də iştirak edib.

İstanbul Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə üç gün davam edən tədbirdə tanınmış elm adamlarının türk xalqlarının dili ilə bağlı müxtəlif mövzularda aktual elmi məruzələri dinlənilib.

Konfransda “Filosof şair dramaturq Hüseyn Cavid əfəndinin yaradıcılığında yaşatılan türcə” mövzusunda məruzə edən Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lütviyyə Əsgərzadənin diqqətəlayiq çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, eyni zamanda məruzə ətrafında ciddi müzakirələr aparılıb.