AMEA Naxçıvan Bölməsinin əməkdaşı Dünyada Kim Kimdir ensklopediyasına daxil edilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, kimya elmləri namizədi Vahid Quliyev səmərəli və müvəffəqiyyətli elmi işlərinə görə İnternational Who’s Who (Dünyada Kim Kimdir) ensklopediyasına daxil edilmişdir.

İnternational Who’s Who (Dünyada Kim Kimdir) Amerkada nəşr edilən nüfuzlu bibloqrafik ensklopediyadır. Bu ensklopediyada dünyanın bütün ölkələrindən öz sahələrində müvəffəqiyyətlə çalışan və uğurlar qazanmış insanlar təmsil olunurlar.

Kimya elmləri namizədi Vahid Quliyevin də elmi fəaliyyətinin nəticələri Azərbaycanın sərhədlərindən kənarda da qəbul olunduğundan və tanındığından onun bibloqrafiyası və elmi fəaliyyəti haqqında məlumat Dünyada Kim Kimdir ensklopediyasına daxil edilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, Vahid Quliyevin elmi fəaliyyəti Naxçıvan Muxtar Respublikasnın florasının fitokimyəvi analizinə, bitkilərdən bioloji aktiv maddələrin və peraparatların alınma metodlarının işlənməsinə, onların kimyəvi tərkibinin və xassələrinin, bioloji aktivliklərinin tədqiqinə, bitkilərin kompleks emalı yollarının müəyyənləşdirilməsinə həsr olunub. Onun elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xaricdə çap olunan bir sıra nüfuzlu jurnallarda dərc edilmiş, elmi tədqiqartlarının yüksək səviyyəli və kefiyyətli olmasının göstəricisi kimi müəllifin əsərlərinə dünyanın müxtəlif ölkələrində nəşr olunan 90-dan çox müxtəlif jurnallarda, məqalələrdə, kitablarda və internet saytlarında 200-dən çox istinadlar olunmuşdur. Xarici jurnallarda dərc olunmuş sanballı elmi məqalələrinə görə V.Quliyev “Journal of Food Composition and Analysis” və “Journal of Agricultural and Food Chemistry” jurnallarının eksperti seçilmişdir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşının elmi fəaliyyətinin (Dünyada Kim Kimdir) ensklopediyasına daxil edilməsi Naxçıvan MR-da aparılan elmi tədqiqat işlərinin dünya elmi ictimayətinin diqqətini çəkməsi bu elmi müəssədə aparılan işlərin elmi səviyyəsinin əsas göstəricisidir.