AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ NAXÇIVANIN MUXTARİYƏTİ TARİXİ NAİLİYYƏTDİR BEYNƏLXALQ KONFRANS (Naxçıvan, 27-28 İyun 2014 )

Hörmətli elm adamları! Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 17 yanvar  2014-cü il tarixli sərəncamına uyğun olaraq  AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universitetinin birgə iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın (27-28 iyun 2014-cü il) keçirilməsi nəzərdə tutulmuşdur.

Xarici ölkələrdən konfransda iştirak edəcək olan elm adamlarının yemək və qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.

Konfransda iştirak etmək arzusunda olan elm adamlarının məruzə mövzularınının adını  15 aprel 2014-cü il tarixədək AMEA Naxçıvan Bölməsinə (Elmi katib Rəşad Zülfüqarov, reshadzulfugarov@yahoo.com. Tel: 545-16-80; 070-361-36-29) təqdim etmələrini xahiş edi­rik. Yaradılmış Komissiya tərəfindən qəbul edilən mövzuların mətni (çap və elektron variantı ilə birlikdə) 15 may 2014-cü il tarixədək Bölməyə təqdim olunmalıdır.

 

Hörmətlə,

TƏŞKİLAT KOMİTƏSİ

 -

KONFRANSIN MÖVZU BAŞLIQLARI

- Naxçıvanda ictimai-siyasi vəziyyət (1917-1924)

- Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə

– Kapitalist dövlətlərin Naxçıvanla bağlı mövqeləri

– Ermənilərin Naxçıvana yiyələnmək cəhdləri

– Naxçıvan əhalisinin bölgəni qorumaq uğrunda mübarizəsi

– Türkiyənin Naxçıvana köməyi

– Araz-Türk Respublikasının Naxçıvanı qorumaq uğrunda mübarizəsi

– Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvan

– Naxçıvanın muxtariyyət statusu

– Görkəmli şəxsiyyətlərin Naxçıvan uğrunda mübarizələri

– Naxçıvan Muxtar Rsepublikasının yaradılması uğrunda mübarizə

– Naxçıvan Muxtar Respublikasının hüquqi əsaslarının yaradılması

– Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixinin inkişaf mərhələləri

- Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin,

mədəniyyətin inkişafı

–         Naxçıvan Muxtar Respublikası müstəqilik illərində

–         Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

 

 KONFRANSIN MÖVZU BAŞLIQLARI VƏ MƏTNLƏRİN GÖNDƏRİLƏCƏYİ ÜNVAN

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Elmi katibi (Rəşad Zülfüqarov)

Az 7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76.

E- mail: reshadzulfugarov@yahoo.com

Tel: 545-16-80;

       (060) 540-81-45;

Mobil: 070-361-36-29

 

TƏQDİM OLUNACAQ MƏQALƏLƏRƏ VERİLƏN TƏLƏBLƏR

 

1. Məqalə fərdi kompyuterdə A4 formatlı ağ kağızda, “12” ölçülü hərflərlə, səhifənin parametrləri yuxarıdan 2sm, aşağədan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, sətirdən-sətrə “defislə” keçmədən, sətir aralığı 1,5 interval olmaq şərti Times New Roman şriftində yazılaraq, 1 nüsxədə çap edilərək, elektron variantı ilə birlikdə təqdim olunmalıdır. Mətnin daxilində olan şəkil və cədvəllərin parametri soldan və sağdan 3,7 sm olmalıdır.

2.   Səhifənin sağ küncündə “12” ölçülü qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı yazılır.

3.  Aşağıda işlədiyi təşkilatın adı və müəllifin E-mail adresi “12” ölçülü adi və kiçik hərflərlə yazılır (məs.: AMEA Naxçıvan Bölməsi; E-mail: ada.nat.res@mail.ru). Daha sonra 1 sətir boş buraxılmaqla aşağıdan “12” ölçülü böyük hərflərlə məqalənin adı yazılır.

4.  Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat “12” ölçülü hərflərlə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında qalın və böyük hərflərlə yazılır.

Ədəbiyyat siyahısı yazılıdığı dildə adi hərflərlə verilir. Məs.:

Kitablar:

Qasımov V.İ. Qədim abidələr. Bakı: İşıq, 1992, 321 s.

Kitab məqalələri:

Həbibbəyli İ.Ə. Naxçıvanda elm və mədəniyyət / Azərbayca tarixində Naxçıvan, Bakı: Elm, 1996, s. 73-91.

Jurnal məqalələri:

Baxşəliyev V.B., Quliyev Ə.A. Gəmiqaya təsvirlərində yazı elementləri//AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2005, №1, s. 74-79.

5.  Məqalədəki istinadlar mətnin içərisində verilməlidir. Məs.: (4, s.15)

6.  Məqalənin ümumi həcmi, qrafik materiallar, fotolar, cədvəllər, düsturlar, ədəbiyyat siyahısı da daxil olmaqla 8-10 səhifədən çox olmamalıdır.

7.  Məqaləyə müəlliflər haqqında məlumat (soyadı, adı və atasının adı, iş yeri, vəzifəsi, elmi dərəcəsi və adı, ünvanı, iş və ya ev telefonları, E-mail adresi) mütləq əlavə olunmalıdır.