Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabının təqdimat mərasimi keçirilmişdir

 Mərasimi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında təssüratlarını bildirmişdir. Akademik bu kitabın əhəmiyyətindən danışmış, kitabı Naxçıvanın dərman bitkilərinin öyrənilməsi baxımından orijinal mənbə olaraq qiymətləndirmişdir.

Bildirilmişdir ki, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Elmi Şurasının 28 aprel 2014-cü il tarixli (Protokol № 04) iclasında müzakirə edilərək nəşr olunması məqsədəuyğun hesab olunmuş və AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 01 may 2014-cü il tarixli 09/03 (Protokol № 09) qərarı ilə nəşrinə icazə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən nəşr olunmuşdur.  Kitab AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitunun direktoru,  akademik T.H.Talıbovun rəhbərliyi ilə tərtib olunmuşdur. Mənbənin elmi redaktoru professor, AMEA-nın müxbir üzvü, E.M.Qurbanovdur.

Tədbirdə ilk olaraq Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dəyərli töhfə” adlı məruzəsi ilə çıxış etmişdir.

AMEA NB tarix, Etnoqrafiya və Arxeologiya institunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutun+6un aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Salayeva çıxış edərək kitab haqqında bir çox məsələlərə diqqət çəkmişlər.

    Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etdi ki, kitab həm tədqiqatçılar, həm də Naxçıvanda olan dərman bitkiləri ilə bağlı faktlarla maraqlananlar üçün qiymətli mənbə rolunu oynayacaq.

Nərgiz İSMAYILOVA