İsmayılova (Davudova) Nərgiz Rəfail qızı

11215330_1443196625993706_56241313_o       İsmayılova (Davudova) Nərgiz Rəfail qızı 1986-cı il mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur. 1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad rayonunda Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseyi bitirmişdir.

      2004-cü ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə məzun olmuşdur.

         2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2012-ci ildə həmin universitetin magistr pilləsindən “Xarici ölkələr ədəbiyyatı” üzrə məzun olmuşdur.

          2010-2012-ci illərdə Kəngərli rayon Uşaq Gənclər və Yaradıcılıq məktəbində müəllim vəzifəsində işləmiş, 2012-ci il dekabrın 1-dən Azərbaycan AMEA-nın Naxçıvan bölməsində Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2013-cü ildə AMEA-nın Naxçıvan bölməsində Ədəbiyyat və İncəsənət İnstitutunun dissertantıdır və həmin tarixdən “Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” adlı dissertasiya işi müdafiə edib.

24 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Həmçinin “İçimdəki Merilin”adlı nəsr , “Beklenen dolunay” adlı romanın və “Qardələn” roman-gündəliyinin, “Müqəddəs məkan -Naxçıvan” kitabının müəllifidir. Elxan Yurdoğlu  ilə birlikdə Türkiyəli yazıçı-şair Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını Azərbaycan türkçəsinə tərcümə etmişdir.  Hər iki kitab Bakıda “Xan” nəşriyyatında dərc olunub. Həmçinin Elxan Yurdoğlunun “Ömrüm-ədəbi kitab” (Bakı, Elm və təhsil, 2015, 400 s.), Elxan Yurdoğlunun “Nakşi-cihan-Nahçivan”, Hayrettin İvginin “Manas” romanına redaktorluq edib.

AMEA-nın Naxçıvan bölməsində Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq çalışır. 2014-cü il yanvarın 13-dən “Şərq qapısı” qəzetində müxbir işləyir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Naxçıvan Muxtar Respublikasında “İlin gənc jurnalisti” və “İlin gənc yazarı” ünvanına layiq görülüb. “2015-ci ildə Joze Saramaqo və Hüseyn Cavidin İblisləri” elmi məqaləsi “Kaspi” qəzeti tərəfindən mükafata layiq görülüb. Azərbaycan Respublikası Prezidenti mükafatçısıdır. “Əli bəy Hüseynzadə”  mükafatına layiq görülüb. Filologiya üzrə fəlsəfə doktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Bir övladı var.