Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi grant müsabiqəsinin nəticələri açıqlanıb.

Bildirilib ki, Qarabağ tədqiqatları üzrə 3-ü “Şuşa qrantı” müsabiqәsində (EİF/MQM-3-Shusha-2014-7(22)) AMEA Naxçıvan Bölməsinin sədri, akademik Hacıyev İsmayıl Muxtar oğlu, dosent Elman Cəfərli, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və dosent Emin Şıxəliyevin təqdim etdiyi “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın  yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası” mövzusunda layihə qalib olmuşdur.

Bundan başqa Bölmənin əməkdaşları Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gәnc alim vә mütәxәssislәrin 3-cü qrant müsabiqәsində də (EİF/GAM-3-2014-6(21)) fərdi layihələrlə çıxış ediblər. 72 layihənin iştirak etdiyi müsabiqədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Sadıqzadə Nigar Nurəddin qızı “Naxçıvan ədəbi mühiti: problemlər və perspektivlər”, həmin Bölmənin Bioresurslar İnstitutunun əməkdaşı Seyidzadə Günel Həşim qızı “Naxçıvan Muxtar Respublikası  florasında yayılan Triticum L. Cinsinə daxil olan yabanı taxıl  növlərinin toplanması, çoxaldılması  və təbii zonalarına reintroduksiyası” kimi layihələrlə qalib olublar.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi indiyədək 12 grant layihə ilə müsabiqələrdə çıxış edib. 27 nəfər bu layihələrdə qalib olub. Bölmənin əməkdaşları “Naxçıvan folklorunun toplanması, elmi tədqiqi və nəşri”, “I Kültəpə və onun ətrafında araşdırmalar”, “Naxçıvanın toponimlərinin elmi-linqivistik təhlili”,“Naxcıvan Muxtar Respublikasının yeraltı sərvətlə­rindən mo-libden(VI)oksidin, surmə(III)sulfidin və far­masevtik təmiz natrium xloridin yeni alınma metodlarının işlənməsi”,“AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxa-nası üçün spektrometrik cihazların düzəl­dilməsi, quraşdırıl-ması Seyss-600” telesko­punda sınaq müşahidələrinin aparıl-ması, ixtisaslı elmi-texniki kadrların hazırlanması və spek-troskopik tədqiqatların həyata keçirilməsi”, “Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, tə­bii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları”, “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlə­rindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi” və sair kimi layihələrlə grant müsabiqələrinin qalibi olmuşlar.

Bölməyə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Nərgiz İSMAYILOVA