“Naxçıvan qalaları: tarixdə və günümüzdə” Beynəlxalq konfrans

qala1

08-10 iyul 2016-cı il tarixində AMEA Naxçıvan Bölməsində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondu, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə keçiriləcəkdir.

 

 

 

Beynəlxalq konfransın əsas istiqamətləri aşağıdakılardır:
1. Tarix
2. Coğrafiya
3. Arxeologiya
4. Etnoqrafiya
5. Folklor
6. Dilçilik
7. Ədəbiyyat
8. Turizm
9. Mədəniyyət
10. Memarlıq
11. İncəsənət

qala2
Konfransa qatılmaq istəyən elm adamları və tədqiqatçıların yuxarıda göstərilən əsas başlıqlara uyğun istiqamətlərdə iştirak etmələrini arzu edirik. Konfransa məruzə mətni ilə qatılmaq əsasdır. Məruzələrə aid tələblər, qeydiyyat forması və digər məlumatlar AMEA Naxçıvan Bölməsininameanb.nakhchivan.az saytında yerləşdirilmişdir. Beynəlxalq konfransda iştirak etmək istəyənlərdən qısa tərcümeyi hal məlumatları ilə birlikdə ən az 300 sözdən ibarət tezislərini 30 may 2016-cı il tarixədək naxcivanqalalari@gmail.com adresinə göndərmələri xahiş olunur.


Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı