AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik həmçinin elmi-təşkilati məsələlərdən danışmış, kadr hazırlığı ilə bağlı bir çox məsələyə diqqət çəkmişdir. Bununla birlikdə, iclasda AMEA Naxçıvan Bölməsinin 2016-cı il doktorantura və dissertanturaya qəbul planı müzakirə olunmuş və təsdiqlənmişdir.

İclasda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Cənubi Azərbaycan şairi Mirzəli Möcüzün tədqiqi” mövzusunda elmi məruzə etmişdir.

İclasa akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

Nərgiz İSMAYLOVA