“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

Untitled2016-cı il iyul ayının 08-10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə fəaliyyətə başlayacaq elmi konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır.

1.      Tarix
2.      Coğrafiya
3.      Arxeologiya
4.      Etnoqrafiya
5.      Folklor
6.      Dilçilik
7.      Ədəbiyyat
8.      Turizm
9.      Mədəniyyət
10.             Memarlıq
11.             İncəsənət

 

          Konfransda iştirak üçün məruzə mətninin qabaqcadan göndərilməsi əsasdır.          Məruzələrə aid tələblərlə, qeydiyyat qaydası və digər məlumatlarla AMEA Naxçıvan Bölməsinin ameanb.nakhchivan.az saytından tanış ola bilərsiniz.

Beynəlxalq konfransda iştirak etmək istəyənlərin qısa tərcümeyi-halı məruzə mətni ilə birlikdə 30 may 2016-cı il tarixədək naxçivanqalalari@gmail.com ünvanına göndərilməlidir.

Beynəlxalq konfransa qatılmaq istəyənlərin yol xərcləri istisna olmaqla digər xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.

Ətraflı məlumat üçün daxil olun.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu