AMEA Naxçıvan Bölməsi 2016-cı ilin birinci yarısının hesabatını verdi

2016-cıilin birinci yarısına aid elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat haqqında məlumatı bölmənin sədri, akademik İsmayıl Hacıyev verib.Akademik bildirib ki, AMEA Naxçıvan Bölməsində təsdiq edilmiş sərəncamlara əsasən 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi, Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin 100, Birinci Türkoloji Qurultayın 90, Eynəli bəy Sultanovun 150 illiyinin və mühüm tarixi günlərin qeyd olunması,“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-etnoqrafik atlasının, “Naxçıvan coğrafiyası” I cildinin, “Naxçıvan Muxtar Res­publikasının fövqəladə hallar atlası”nın hazırlanması və nəşri, “Naxçıvan Muxtar Res­publikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçili­yin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası, “Əlincəqala” tarixi abidəsinin və “Gülüstan” türbəsinin bərpası və tədqiq edilməsinin elmi əsaslarla aparılması yönündəelmi və elmi-təşkilati işlərin uğurlu həllinəçalışılmışdır.

Hesabat dövründə AMEA Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda (Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Biоresurslar İnstitutu, Əlyazmalar Fоndu və Batabat Astrоfizika Rəsədxanası)elmi-tədqiqat işlərinin 2016-cı il üçün təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 31 iş 79 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Elmi işçilərdən 1 nəfərin vəfatı ilə əlaqədar planda nəzərdə tutulan 1 mərhələ üzrə tədqiqat dayandırılmış və hazırda 78 mərhələ üzrə elmi-tədqiqat işləri davam etdirilir. Elmi-tədqiqat işləri 26 şöbə və labоratоriyada 2 akademik, 5 müxbir üzv, 4 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 5doktorant, 1 dissertant, 12 elmi işçi оlmaqla 78 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilir.

Hesabat dövründə Bölmədə humanitar və ictimai, təbii və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər”jurnalının 2 nömrəsi çapdan çıxmışdır.

Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun əməkdaşlarından 1 nəfəri dissertasiya şurasının sədri, 1 nəfəri sədr müavini, 1 nəfəri elmi katibi, 2 nəfəri isə üzvü kimi elmi təşkilati fəaliyyətlərini davam etdirmiş, kitab və mоnоqrafiyalara redaktоrluq, məsləhətçilik etmişlər. İnstitut əməkdaşlarından t.ü.f.d. Z.Quliyeva və t.ü.f.d. İ.Əliyev elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş, AAK-ın qərarı ilə dosent elmi adı almışlar. AMEA-nın müxbir üzvü F.Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü kimi fəaliyyət göstərmişdir. 2016-cı ilin birinci yarısında İnstitut əməkdаşlаrının 1-i xaricdə olmaqla 3 monoqrafiyası, 70 məqalə və konfrans materialı olmaqla (15-i xaricdə), 74 еlmi əsəri, 33 qəzеt məqаləsi nəşr edilmişdir. İnstitutun əməkdaşı akademik İ.Hacıyevin hazırladığı “Behbud ağa Şahtaxtinski. Sənədlər, Məktublar, Məqalələr, Müqavilələr” adlı kitabı çapa təqdim olunmuşdur. Hesabat dövründə institut əməkdaşlarının iştirakı ilə “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-etnoqrafik atlasının hazırlanması işi uğurla davam etdirilmişdir.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda2016-cı ilin birinci yarısında institut əməkdaşlarının 61 elmi əsəri, o cümlədən 1-i xaricdə olmaqla 2 kitabı (Nəqşi-cahan – Naxçıvan (Naxçıvanla bağlı şeirlər) (türk dilində – Tərcümə və tərtib edən E.Məmmədov, Eynəli bəy Sultanov. Hekayələr. (tərtib edən, çapa hazırlayan, redaktor və izahların müəllifi E.Məmmədov), 16-sı xaricdə olmaqla 59 elmi məqaləsi və konfrans materialı çap edilmişdir. İnstitut elmi işçisi N.İsmayılovanın bədii kitabı (Qardələn. Bakı: Xan, 2016, 216 s.) çapdan çıxmışdır. İlin birinci yarısında institutunun təsis etdiyi “Axtarışlar” jurnalının 2 nömrəsi işıq üzü görmüşdür. Hesabat dövründə 2 tatar şairinin şeirləri Azərbaycan dilinə tərcümə edilmiş (tərcümə edən E.Məmmədov) və “Yeni tatar şeiri antologiyası” dərc olunmuş, Hayreddin Evginin “Manas” romanı tərcümə olunaraq (tərcümə edən E.Məmmədov) çapa təqdim edilmişdir. İnstitutda “Hüseyn Cavid və Naxçıvan teatrı” (s.ü.f.d Ə.Qəhrəmanov), “Naxçıvan teatrı: tərəqqi mərhələləri və tərcümə tamaşaları (1883-2013)” və “Cavid Poeziya Teatrı” (tarixi fotolar da əlavə olunmaqla) (s.ü.f.d Ə.Qasımov) adlı monoqrafiyalar, İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” adlı dissertasiyası kitab şəklində (elmi işçi E.Məmmədov) çapa hazırlanması istiqamətində işlər davam etdirilmişdir. İnstitutun əməkdaşı f.ü.f.d. N.Sadıqzadə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin qrant müsabiqəsində qalib olmuşdur. Hesabat dövründə institutun əməkdaşı AMEA-nın müxbir üzvü Ə.Quliyev NDU-da təşkil olunan Dissertasiya Şurasına sədr, f.ü.e.d. F.Xəlilov isə üzv kimi fəaliyyətlərini davam etdirmişlər. İnstitutun elmi işçisi E.Məmmədov dissertasiya işini uğurla müdafiə etmiş, kiçik elmi işçi N.İsmayılovanın dissertasiyası birinci müzakirədən keçmişdir. Elmi işçi Elxan Məmmədov tərəfindən 2 tatar şairinin şeirləri Azərbaycan dilinə tərcümə edilmiş, bununla bağlı olaraq Tatarıstan Yazıçılar Birliyinin tərəfindən “Təşəkkür Sertifikat”ına layiq görülmüş, kiçik elmi işçi Nərgiz İsmayılova gənc yazar kimi “Prezident mükafatı”na və Naxçıvanda “İlin gənc jurnalisti” adına layiq görülmüşdür. İnstitut əməkdaşları respublikada və xaricdə keçirilən bir çоx beynəlxalq tədbirlərdə məruzələrlə çıxış etmişlər.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunda 2016-cı ildə aparılan nəzəri və təcrübi tədqiqat işləri plana uyğun olaraq birinci yarımildə institut əməkdaşlarının 47 elmi əsəri, о cümlədən 3 monoqrafiyası (B.Rzayev. Kimya tarixi. 2 cilddə, I cild. Naxçıvan: “Əcəmi” NPB, 2016, 512 s.; Yenə onun. Kimya tarixi. 2 cilddə, II cild. Naxçıvan: “Əcəmi” NPB, 2016, 520 s.; S.Cabbarova (6 nəfərlə birgə). Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və inkişafının nəzəri-metodoloji əsasları. (rus dilində). Moskva: İnternauka, 2016, 178 s. ), 26 elmi məqaləsi, 16 konfrans materialı və 2 tezisi dərc olunmuşdur. Əsərlərdən 14 məqalə, 7 konfrans materialı və 2 tezis xaricdə nəşr edilmişdir.

Hesabat yarımilində k.ü.f.d. A.Rzayevaya Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə dosent elmi adı verilmiş, elmi işçi S.Cabbarovanın fəlsəfə doktoru dissertasiyası təsdiqlənmiş, elmi işçi M.Kazımov fəlsəfə doktoru üzrə təqdim etdiyi dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Hesabat dövründə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”ndə k.ü.e.d. B.Rzayev, k.ü.f.d. Ə.Qrayev, k.ü.f.d. A.Rzayeva və elmi işçi R.Quliyev müəllifi olduqları “Element kükürdün həll edilmə üsulu” ixtira patenti diplom və pul mükafatına layiq görülmüşdür. Kiçik elmi işçi T.Süleymanova Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondu və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “İlin ən fəal gənc tədqiqatçısı” nominasiyası üzrə mükafatlandırılmışdır.

Bölmənin Biоresurslar İnstitutunda tədqiqatların 2016-cı ildə təsdiq edilmiş plan əsasında ilin birinci yarısında institut əməkdaşlarının 1 monoqrafiyası (P.Fətullayev. Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq buğdanın seleksiyası və toxumçuluğu. Bakı: Müəllim, 2016, 160 s.), 1 metodik vəsait (A.Məmmədov. Ekoloji dərnək məşğələlərinin nümunəvi tədris proqramları. Naxçıvan: Əcəmi, 2016, 314 s.), 61 elmi məqaləsi və konfrans materialı olmaqla 63 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 8 elmi məqalə, 11 konfrans materialı xaricdə çapdan çıxmışdır ki, bunlardan 5-i impakfaktorlu jurnallarda nəşr olunmuşdur. Hesabat dövründə “Naxçıvan Muxtar Respublikası yay otlaqlarının paxlalı yem bitkiləri” (N.Abbasov), “Naxçıvan Muxtar Respublikasında üzümün genofondunun tədqiqi, qiymətləndiril­mə­si və seleksiyası” (V.Quliyev) monoqrafiyaları çapa hazırlanmışdır. İnstitut əməkdaşları akademik T.Talıbovun rəhbərliyi ilə Ümumdünya Təbiəti Mühafizə Təşkilatının “Naxçı­van Muxtar Res­publikası əra­zisində bəbir və onun qida obyekt­lə­ri­nin monito­rin­­qinin aparılma­sı” mövzusunda beynəlxalq qrant layihəsi istiqamətində elmi-tədqiqat işlərini başa çatdırmış və hesabatı müvafiq quruma təqdim etmişlər. Həmçinin a.e.ü.f.d. G.Seyidzadə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin qrant müsabiqəsində qalib olduğu “Naxçıvan Muxtar Respublikası florasında yayılan Triticum L. Cinsinə daxil olan yabanı taxıl növ­lərinin toplanması, çoxaldılması və təbii zonalarına reintroduk­siyası” mövzusundakı layihəsi istiqamətində tədqiqatlar davam etdirmiş, təqdim olunan hesabat qəbul olunmuşdur. İnstitutun əməkdaşı b.ü.f.d. A.Məmmədov Naxçıvan Muxtar Respublikasında yuvalayan quşların monitorinqi beynelxalq layihəsində iştirak etmişdir.

Bölmənin Əlyazmalar Fоndunda elmi-tədqiqat işlərinin plana uyğun olaraqiİlin birinci yarısında Fоnd əməkdaşlarının 3 elmi məqaləsi, 2 konfrans materialı çapdan çıxmışdır.Elmi-tədqiqat işlərinə dair fоndda 1 elmi seminar keçirilmiş, respublikanın televiziya və radio verlişlərində çıxışlar edilmişdir. Tədqiqat dövründə Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasında saxlanılan qədim kitab və əlyazma nüsxələrinin kataloqunun II cildi üzərində tərcümə və şərh işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində Fondun zənginləşdirilməsi məqsədi ilə  aparılan bir sıra səmərəli iş fəaliyyəti və ekspedisiyaların nəticəsi olaraq 2 adda əlyazma və qədim kitablar toplanılmış, ilkin tədqiqat mərhələsi başa çatdırılmışdır. Fondda olan 34 adda əlyazma tam şəkildə kataloqlaşdırılmışdır. Birinci yarımildə Fonda hədiyyə olaraq verilmiş 21 adda qədim kitab və əlyazma nümunələri aktlaşdırılaraq Fondun balansına daxil edilmişdir. Bununla da Fondda toplanılan əlyazmaların və qədim kitabların ümumi sayı  479-a çatdırılmışdır.

Elm məbədgahının Batabat Astrоfizika Rəsədxanası əməkdaşlarının tədqiqat işlərinin nəticələri haqqında hesabat dövründə müxtəlif elmi jurnallarda 1-i xaricdə olmaqla 15 məqaləsi çap оlunmuşdur. Hesabat yarımilində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqədə qalib olan f.r.ü.f.d. A.Məmmədlinin “Parabolik və hiperbo­lik üç cisim məsələlərinin astronomiyada tətbiqi” mövzusunda qrant layihəsi istiqamətində tədqiqatlar başa çatdırılmış və hesabat Azərbay­can Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri haqqında Rəsədxanada keçirilən 2 seminarda çıxışlar edilmişdir.

İlin birinci yarısında AMEA Naxçıvan BölməsininElmi Kitabxanasına daxil olan çap məhsullarının həcmi 714 ədəd olmuşdur. Kitab fonduna 205 ədəd kitab daxil olmuşdur ki, onlardan 170-i azərbay­can və rus, 12-i Qərbi Avropa, 23-ü isə Şərq və müxtəlif etnik qrupların dillərində kitab olmuşdur. Hesa­bat dövründə 1904 ədəd kitab elektron kataloqlaşdırıl­mış­dır. İlin birinci yarısında “Geologiya”, “Hidrogeologiya” və “Geofizika” şöbələrinin kitablarının elektron kata­loqlaşdırılması başa çatmış, “Kənd təsərrüfatı” şöbəsinin elektron kataloqlaşdırılması işinə başlanılmışdır.Skaner şöbəsində 58 kitabın elektron variantı hazırlanmış, onların 55 ədədi internet, 3 ədədi isə kitabxana da­xili şəbəkədə yerləşdirilmişdir. Elektron oxucu davamiyyəti birinci yarımildə 1076, elektron oxunma sayı isə 4373 olmuşdur. Kitabxanada 2 yeni kartoteka (Azərbaycan: multikulturalizm və tolerantlıq, Əziz Şərif – həyat və yaradıcılığı) yaradılmış, yeni ədədbiyyatlardan ibarət, eləcə də tarixi və əlamətdar günlər münasibəti ilə 16 sərgilər təşkil olunmuşdur.

Sonda bölmə sədri, akademik İsmayıl Hacıyev yarım il ərzində qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara da toxunub, yaranan problemlərin həllinin aradan qaldırılması yollarından bəhs edib.

Tədbirdə 2016-cı ilin birinci yarısında bölmə əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Nərgiz İSMAYILOVA